Florentino Perez: “Arda qış transfer dövründə bizimlə olacaq”

İdman

19.11.2024 12:50

 “Real Madrid” klubu türkiyəli futbolçu Arda Gülerlə bağlı qərarını verib.

TodayPress xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Perez gənc yarımmüdafiəçinin komandada qalacağını bildirib.

Onun sözlərinə görə, istedadlı futbolçu icarə əsasında başqa kluba keçməyəcək: 

“Arda qış transfer dövründə bizimlə olacaq. Bu barədə heç bir şübhə yoxdur”.

Daha əvvəl 19 yaşlı futbolçunun az oynadığına görə başqa komandaya keçmək fikrində olduğu bildirilirdi.

Qeyd edək ki, Arda Güler cari mövsüm “Real Madrid”in heyətində 12 rəsmi matçda forma geyinib. O, cəmi 307 dəqiqə meydanda olub.

Namiq HUN

tag: Transfer, Arda Güler, Real Madrid,Florentino Perez, Matç, todaypress.az,