Fliki 2 oyunluq cəzalandırıldı
İdman
11.12.2024 16:50
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona" klubunun baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.
TodayPress xəbər verir ki, səbəb mütəxəssisin La Liqanın XVI turunda "Betis"lə oyunda hakimin qərarına etiraz etməsi olub.
Almaniyalı çalışdırıcı qarşıdakı iki turda “Barsa”nın oyununu tribunadan izləməli olacaq. Onun komandası "Leqanes" və "Atletiko" (Madrid) ilə qarşılaşacaq.
Qeyd edək ki, Kataloniya təmsilçisi qərardan apellyasiya şikayəti verəcək.
Namiq HUN
tag: Barselona, İspaniya, Futbol, TUr,todaypress.az,