Flik xələflərinə şərik çıxdı

İdman

28.03.2025 13:05

2050

Hans-Diter Flik qələbə faizinə görə “Barselona” tarixində ikinci pilləyə şərik olub.   

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisi alman mütəxəssisin rəhbərliyi altında çıxdığı 44 oyunda 33 qələbə qazanıb.   

Nəticədə Flik 75 faizlik göstərici ilə Tito Vilanovaya çatıb. 

La Liqanın “Osasuna” ilə matçından sonra rəsmiləşən göstərici 10 və daha çox oyunda baş məşqçi olanlar arasında ikinci nəticədir.   

İlk pilləni 76,24 faizlik nəticə ilə Luis Enrike nəzarətdə saxlayır.   

Namiq HUN

tag: Hans-Diter Flik,BArselona,Futbol,Məşqçi,Todaypress.az,