Flik Reşfordu heyətdə görmək istəyir
İdman
23.08.2024 11:20
"Barselona" yay transfer pəncərəsi bağlanana qədər sol cinah yarımmüdafiəçisi mövqeyinə bir futbolçu ala bilər.
TodayPress xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik rəhbərlikdən "Mançester Yunayted"dən Markus Reşfordu hücum xəttinə transfer etməyi xahiş edib.
Qeyd edək ki, 2022/2023 mövsümündə ingilis hücumçu bütün turnirlərdə 56 oyun keçirib, 30 qol vurub və 10 məhsuldar ötürmə verib. Son mövsümdə isə 43 matçda meydana çıxan Reşford 8 qol vurub və 5 assist edib.
Forvardın klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Kataloniya,Forvard,Markus Reşford,Mançester Yunayted,Hans-Diter Flik, todaypress.az,