Flik Qoretskanı heyətində görmək istəyir

İdman

26.12.2024 10:09

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska ilə maraqlanır.

TodayPress “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, Flik klub rəhbərliyinə qışda yeni futbolçu almağa imkanı çatsa, o zaman 29 yaşlı yarımmüdafiəçini komandasında görmək istədiyini bildirib.

Leon Qoretska cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb. Onun aktivində 2 qol və 1 məhsuldar ötürmə var. 

Namiq HUN

tag: Sport ,Turnir, Aktiv ,Ötürmə, todaypress.az,