Flik ən yaxşı məşqçi seçildi
İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
TodayPress xəbər verir ki, bu ada “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik layiq görülüb.
Almaniyalı mütəxəssis səsvermədə, Xose Bordalas (“Xetafe”) və Karlos Korberanı (“Valensiya”) qabaqlayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisi fevralda Hans-Diter Flikin rəhbərliyi altında keçirdiyi 4 oyunda 4 qələbə qazanıb.
Namiq HUN
tag: İspaniya,La Liqa,Barselona,Katoloniya,Todaypress.az,