Flik “Barselona”nı bir halda tərk edəcək

İdman

04.12.2024 11:46

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda klubu tərk edə bilər.

TodayPress “Todofichajes”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümü kuboksuz başa vuracağı təqdirdə almaniyalı mütəxəssislə yollar ayrıla bilər.

Qeyd edək ki, Flik 2024-cü ilin yayında “Barselona”da baş məşqçisi postunu tutub. 

“Barselona” İspaniya çempionatının 16 turundan sonra 37 xalla La Liqanın lideridir.

Namiq HUN

tag: Klub, Məşq, Barselona,Post, todaypress.az,