Flik “Barselona”da çox qalmayacaq

İdman

23.11.2024 15:59

“Barselona” futbol klubunun baş məşqçisi Hans-Diter Flik gələcək karyerasına aydınlıq gətirib.

TodayPress xəbər verir ki, almaniyalı mütəxəssis Kataloniya təmsilçisində uzun illər qalmaq fikrində deyil.

Flik “Barselona”da 10 il qalmaq variantına münasibət bildirib: 

“Bir klubda 10 il işləmək? Bu qədər uzun müddət qala biləcəyimi düşünmürəm. Mənim dörd nəvəm var. Onlar layiqdirlər ki, 70 yaşım olana qədər də vaxt ayırım”.

Qeyd edək ki, Hans-Diter Flik may ayından İspaniya klubunu çalışdırır.

Namiq HUN

tag: Barselona, Hans-Diter Flik, Kataloniya, Məşqçi, todaypress.az,