“Flamenqo” Juninyo ilə şifahi razılıq əldə etdi

İdman

09.01.2025 16:31

Braziliyanın “Flamenqo” klubunun “Qarabağ”ın futbolçusuna təklif etdiyi maaş məlum olub. 

TodayPress "Flamengomelhor" nəşrinə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Olavio Juninyo ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 min manat) qarşılığında şifahi razılıq əldə edib.

“Flamenqo” 28 yaşlı hücumçuya görə “Qarabağa 4 milyon avro təklif edib. 

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Juninyo 2023-cü ildən Azərbaycan çempionunun formasını geyinir. O, “köhlən atlar”la Premyer Liqanın və ölkə kubokunun qalibi olub.

Namiq HUN

tag: Qarabağ ,Jininyo ,Milyon, Təklif ,todaypress.az,