Fiziyevin revanş şansı

İdman

27.02.2025 12:16

824

MMA döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi və qarşılaşmasının vaxtı məlum olub.

TodayPress xəbər verir ki, yüngül çəkili döyüşçümüz yenidən ABŞ təmsilçisi Castin Qetji ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Qetji zədə səbəbindən turnirə qatılmayacaq avstraliyalı Den Hukeri əvəzləyəcək. 

Döyüş martın 8-də ABŞ-nin Las-Veqas şəhərində təşkil olunacaq UFC-313 turniri çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Fiziyevlə Qetji 2023-cü ildə UFC-286 turnirində bir araya gəliblər. İki il əvvəl amerikalı döyüşçü üç raundluq görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. 

Namiq HUN

tag: MMA ,Rafael Fiziyev,ABŞ ,Castin Qetji ,UFC-313,todaypress.az,