Fiziyev və Sadıxov da Bakıdakı UFC turnirində

İdman

14.04.2025 17:32

50

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Ölkəmizdə bu tarixi hadisə iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq.   

TodayPress xəbər verir ki, tədbirin əsas döyüşündə yarımağır çəkidə UFC çempionu olmuş Camal Hill ilə Xəlil Raundtri Jr. qarşılaşacaq. 

Möhtəşəm döyüş gecəsi, “UFC Fight Night” turnirinin azərbaycanlı iştirakçıları bəlli olub. Keçmiş yüngül çəki çempionu Rafael dos Anjos və Bobi Qren kimi rəqiblər üzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-də layiqincə təmsil edən Rafael Fiziyevin “Baku Crystal Hall”da rəqibinin çilili İqnasio Bahomendes olacağı bildirilir.

Fiziyevdən daşqa digər həmyerlilərimizdən Nazim Sadıxovun, Tahir Abdullayevin, Məhəmmədəli Osmanlı və Asəf Çopurovun da Bakıdakı turnirə qatılacağı gözlənilir. 

Qeyd edək ki, Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhu nümayiş etdirirlər.   

Namiq HUN

tag: Rafael Fiziev,Nazim Sadıxov,UFC ,Azərbaycan,Todaypress.az,

photo