FIVB reytinqi: Milli komandaların mövqeyi dəyişdi

İdman

22.10.2024 10:20

Voleybol üzrə yığma komandaların reytinqi açıqlanıb.

TodayPress xəbər verir ki, Azərbaycanın qadın voleybolçulardan ibarət millisi 108,95 xalla dünyanın 35-ci komandasıdır. 

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv son cədvəllə müqayisədə 4 pillə geriləyib.

Siyahıya 437,03 xalla İtaliya başçılıq edir. Onları Braziliya izləyir (407,09 xal). İlk üçlüyü isə ABŞ (362,27 xal) tamamlayır.

Kişi voleybolçulardan ibarət komandamızın da mövqeyi dəyişib. Yığma 22,31 xalla 82-ci pilləyə enib. 

Onlar 7 rəqibi özlərindən irəli buraxıblar.

Reytinqdə Polşa (401,31) liderliyini davam etdirir. Fransa (378,07) ikinci pilləyə yüksəlib. ABŞ (365,87) isə üçüncüdür.

Namiq HUN

tag: FIVB, Polşa, Fransa, Azərbaycan, Voleybol, todaypress.az,