Firmino Türkiyə klubuna keçə bilər

İdman

19.12.2024 14:25

Səudiyyə Ərəbistanı təmsilçisi olan “Əl-Əhli” klubunun hücumçusu Roberto Firmino Avropaya qayıda bilər.

TodayPress xəbər verir ki, braziliyalı forvard “Fənərbağça” klubuna təklif olunub.

Firmino 2023-cü ilin yayında “Liverpul”dan Səudiyyə Ərəbistanı klubuna keçib. 33 yaşlı futbolçunun hazırkı komandası ilə müqaviləsi il yarımdan sonra başa çatacaq. 

Qeyd edək ki, İstanbul təmsilçisinə “Roma”dan Paulo Dibalanı transfer etmək variantı da təklif olunub. Rəhbərlik isə “Əl-Nəsr”də top oynadan Anderson Taliskaya üstünlük verir.

Namiq HUN

tag: Avropa, Klub, Təklif, Transfer,todaypress.az,