Fiqurlu konkisürmə üzrə Azərbaycan çempionu qəzada həlak oldu

İdman

31.01.2025 10:32

Azərbaycan millisinin keçmiş fiqurlu konkisürəni Aleksandr Kirsanov ABŞ-də baş verən təyyarə qəzasında həyatını itirib. 

TodayPress İdman.biz saytına istinadən xəbər verir ki, bu məlumatı Kirsanovun həyat yoldaşı Natalya Qudina təsdiqləyib. 

“Mən hər şeyimi, həyat yoldaşımı, şagirdlərimi, dostlarımı itirdim” deyə o, açıqlama verib. 

Qeyd edək ki, Aleksandr Kirsanov buz üzərində rəqslərdə çıxış edib və karyerası ərzində Rusiya, Azərbaycan və ABŞ millilərinin şərəfini qoruyub. 

Xatırladaq ki, Kirsanov 1999/2000 mövsümündə fiqurlu konkisürmə üzrə Azərbaycan çempionu olub.   

Namiq HUN

tag: Fiqurlu konkisürən,Aleksandr Kirsanov ,ABŞ,Təyyarə ,Qəza,Todaypress.az,