Fiqurlu konkisürmə dünyasını yasa boğan aviaqəza
İdman
30.01.2025 12:50
ABŞ-da qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumovun olduğu bildirilir.
TodayPress "TASS"a istinadən xəbər verir ki, onlar ABŞ-nin Uiçito şəhərində keçirilən fiqurlu konkisürmə çempionatından qayıdırmışlar.
İlkin ehtimallara əsasən, onların oğlu Maksim Naumov da təyyarədə ola bilər. O, çempionatda dördüncü yeri tutub.
Qəzaya uğrayan təyyarədə həmçinin rusiyalı məşqçi İnna Volyanskayanın da olduğu ehtimal edilir.
Təyyarədə olanların əksəriyyəti rusiyalı mühacirlərin övladlarıdır. İdmançılar ABŞ çempionatında mübarizə aparıblar. Bunlar Endryu Toqaşev, Alisa Yefimova, Mişa Mitrofanov, Keti Makbet, Daniil Parkman, Kristina Kerreyra, Entoni Pononarenko, Aleksey Şepetov, Annabel Morozov, Artyom Markelov, Anton Spiridonov və Danila Savelyevdir.
Qeyd edək ki, İnna Virciniyadakı “Ashburn Ice House” komandasının məşqçilər heyətində çalışırmış.
Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Namiq HUN
tag: ABŞ,Qəza,Təyyarə,Uiçito,Todaypress.az,