Fiqurlu konkisürənlərin Daşkənd uğuru
İdman
06.12.2024 15:27
Özbəkistanda fiqurlu konkisürmə üzrə “Interclub Figure Skating” beynəlxalq turniri keçirilib.
TodayPress xəbər verir ki, Daşkənd turnirində çıxış edən “Ocaq Sport” klubunun idmançıları 2 medal qazanıblar.
İlk dəfə beynəlxalq turnirə qatılan Varvara Aleksandrova və Polina Oreşko balacaların mübarizəsində fəxri kürsüyə yüksəliblər. Hər iki fiqurlu konkisürənimiz yarışın gümüş medalına layiq görülüb.
Namiq HUN
tag: Daşkənd ,Turnir, Fiqur ,Yarış, todaypress.az,