“Fiorentina” – “İnter” matçı təxirə salındı
İdman
02.12.2024 09:48
Futbol üzrə İtaliya A seriyasının XIV turunun “Fiorentina” – “İnter” matçı yarımçıq dayandırılıb.
TodayPress xəbər verir ki, səbəb Florensiya təmsilçisinin futbolçusu Eduardo Bovenin huşunu itirməsi olub.
Hadisə qarşılaşmanın 16-cı dəqiqəsində baş verib. Hər iki komandanın həkimləri Boveyə ilkin yardım ediblər.
Daha sonra futbolçu təcili tibbi yardım maşını ilə yaxınlıqdakı klinikalardan birinə çatdırılıb.
Matçın baş hakimi Daniele Doveri hər iki tərəflə müzakirələrdən sonra oyunu yarımçıq dayandırıb.
Namiq HUN
tag: İtaliya, Daniele Doveri, Matç, Florensiya, todaypress.az,