"Fiorentina" hücum xəttini gücləndirir

İdman

09.07.2024 20:39

"Fiorentina" klubu hücumçu Moyze Kinin keçidini rəsmiləşdirib.

TodayPress xəbər verir ki, Florensiya təmsilçisi 24 yaşlı futbolçunu "Yuventus"dan transfer edib.

Kinin keçidi "Fiorentina"ya 13 milyon avroya başa gəlib. Müqavilənin şərtlərinə görə əlavə ödənişlər nəticəsində transferin qiyməti 18 milyona qədər yüksələ bilər.

Qeyd edək ki, forvard Turin klubunun akademiyasında yetişib. O, son mövsüm 20 oyunda meydana çıxsa də, fərqlənə bilməyib.

Namiq HUN

tag: Fiorentina, Yuventus, Moyze Kin,Hücumçu, todaypress.az,