Finlandiyanın ən azyaşlı olimpiyaçısı
İdman
24.06.2024 12:10
Heyli Sirviyo 13 yaşında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
TodayPress xəbər verir ki, finlandiyalı skeytbordçu ölkə tarixinə ən azyaşlı olimpiyaçı kimi düşüb.
Heyli Sirviyo “Top-22”yə düşməklə 33-cü Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanıb. O, bu uğura Macarıstanın paytaxtı Budapeştdə keçirilən təsnifat turnirində 8-ci yeri tutmaqla imza atıb.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Namiq HUN
tag: Finlandiya, Heyli Sirviyo, Paris-2024, Olimpiya Oyunları, todaypress.az,