Finlandiya klubu tarixin yadigarını itirdi
İdman
13.07.2024 16:55
Finlandiyanın "Qnistan" klubu stadionsuz qalıb. "Mustapekka Arena"da yanğın baş verib.
TodayPress xəbər verir ki, güclü yanğın nəticəsində klubun infrastrukturuna ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi araşdırılır.
Qeyd edək ki, stadion 1934-cü ildə tikilib.
"Qnistan" ötən il Finlandiya çempionatının Yüksək liqasına vəsiqə qazanıb. Komanda 15 turdan sonra turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Namiq HUN
tag: Finlandiya, Qnistan Klub, Mustapekka Arena, Yanğın, Liqa, todaypress.az,