“Finiks Sanz” doğma meydanda liderlə bacarmadı

İdman

10.04.2025 14:23

8

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün  növbəti oyunları keçirilib.   

TodayPress xəbər verir ki, doğma meydanda liderə uduzan “Finiks Sanz” klubunun uğursuz seriyası davam edir.   

Finiks təmsilçisi dogma meydanda “Oklahoma-Siti Tander”ə 112:125 hesabı ilə uduzub.

Komanda mövsümdə ardıcıl aldığı səkkizinci məğlubiyyətlə barışıb.   

Qalib komandanın qələbəsində Ceylen Uilyams 33 xalla pay sahibi olub. Bredli Bil isə 25 xalla “Finiks Sanz”a yardımçı ola bilməyib.   

Nəticədə “Oklahoma-Siti Tander” Qərb Konfransında liderliyini davam etdirir. Finiks basketbolçuları isə 12-ci pillədə qərarlaşıblar. 

Müntəzəm mövsümün digər arşılaşmalarının nəticələri 

“Orlando Mecik” – “Boston Seltiks” – 96:76

“Dallas” - “Los-Anceles Leykers” – 97:112

“Çikaqo Bulls” - “Mayami Hit” – 119:111

“Sakramento” – “Denver Naqqets” – 116:124

“Vaşinqton Vizard” - “Filadelfiya” – 103:122

“Toronto Reptors” - “Şarlot Hornets” – 126:96

“Yuta Caz” – “Portland Treil Blazers” – 133:126

“Qolden Steyt Uorriors” – “San Antonio Spörs” – 111:114

“Los-Anceles Klippers” - “Hyuston Rokets” – 134:117.   

Namiq HUN

tag: ABŞ,Basketbol,NBA,Yarış,Todaypress.az,