Filip Ozobiç: “Dinamo” Bakı qarşılaşmasının asan olmayacağını başa düşməlidir”
İdman
27.08.2024 17:42
“Neftçi”nin futbolçusu Filip Ozobiç “Sportske.jutarnji.hr” nəşrinə müsahibə verib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi “Qarabağ”ın Bakıda “Dinamo”ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışıb.
2018-2023-cü illərdə “Qarabağ” klubunun heyətində yer alan futbolçu Azərbaycan çempionunun Zaqrebdəki ilk matçda çoxlu şanslarının olduğunu deyib:
“Bakıdakı cavab oyunu çox maraqlı ola bilərdi. 3:0 hesabı böyük üstünlükdür. “Dinamo” daha bir neçə qol vura bilərdi. Amma fərqlənə bilmədilər. Ən azı bir saat keyfiyyətli oyun nümayiş etdirdilər. Cinahlardan hücum edirdilər, arxa xətdə isə çoxlu boşluq var idi. “Qarabağ” cavab qarşılaşmasında tez qol vurmaq istəyəcək. “Dinamo” Bakıdakı matçın asan olmayacağını başa düşməlidir. Hesabı saxlayacaq komanda deyil. Keyfiyyətli futbolçuları var və həmişə hücum barədə düşünürlər. Komandanın bu görüşdə oyun üslubunu dəyişəcəyini düşünmürəm”.
Namiq HUN
tag: Neftçi, Komanda, Dinamo, Bakı,Filip Ozobiç, todaypress.az,