“Filadelfiya” basketbolçusunu itirə bilər
İdman
25.12.2024 19:05
ABŞ-nin “Filadelfiya” klubunun basketbolçusu Joel Embiid oyunlardan kənarlaşdırıla bilər.
TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, ona hakim Cenna Şröderə qarşı aqressiv davranışına görə maliyyə sanksiyaları tətbiq ediləcək.
Hadisə Milli Basketbol Liqasında (NBA) “Filadelfiya”nın “San-Antonio” klubuna qarşı oyunda (111:106) baş verib.
Basketbolçu rəqib komandanın oyunçusu Viktor Vembanyamaya qarşı qaydanı pozsa da, hakimin qərarı ilə razılaşmayıb və mübahisə edib.
Nəticədə əsəblərini cilovlaya bilməyən Embiid iki texniki folla meydandan kənarlaşdırılıb.
Namiq HUN
tag: Malliyə, Sanksiya, Filadefiya, Hakim ,todaypress.az,