FIGC əlavə transfer pəncərəsi elan etdi
İdman
22.11.2024 13:34
İtaliya Futbol Federasiyası (FIGC) A Seriyasında çıxış edən klublar üçün əlavə olaraq iyunun 1-dən 10-dək transfer pəncərəsi elan edib.
TodayPress xəbər verir ki, qərar klublara yayın əvvəlindən yeni futbolçuları qeydiyyatdan keçirməyə kömək edəcək. Əvvəllər olduğu kimi iyul ayını gözləməyə ehtiyac qalmayacaq.
Qurum yeni formatda keçiriləcək klublararası dünya çempionatının təmsilçilərinin işini asanlaşdırmağa çalışıb. Komandalar turnir başlamazdan əvvəl siyahılarını gücləndirmək imkanı əldə edəcəklər.
Qərar hələ rəsmən təsdiqlənməyib. Lakin FIFA İtaliya Futbol Federasiyasının əlavə transfer pəncərəsi ideyasını müsbət qarşılayıb.
Namiq HUN
tag: İtaliya, FIGC, A Seriyası, Çempionat, Dünya, todaypress.az,