FIFA Vinisiusu cəzalandıracaq?
“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior klubu ilə müqaviləsinin müddətini uzadacaq.
TodayPress xəbər verir ki, “kral klubu”nun vingerlə anlaşması 2030-cu ilə qədər nəzərdə tutulub.
Yeni müqavilədə maliyyə şərtləri yaxşılaşdırılıb. Vinisius daha çox qazanacaq.
Qeyd edək ki, Junior 2 illik diskvalifikasiya təhlükəsi ilə də üzləşib. FIFA onu maraqların toqquşmasında şübhəli hesab edir. Səbəb Vinisiusun bir neçə futbol klubunun sahibi olmasıdır. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının şübhələri təsdiqlənsə, sambaçı iki illik cəza alacaq.
Namiq HUN
tag: Real Madrid,Vinisus Junior,FİFA,Futbol,todaypress.az,