FIFA Rusiya klublarına transfer qadağası qoydu
İdman
06.12.2024 16:52
FIFA Rusiyanın ÇSKA və "Ximki" klublarına transfer qadağası qoyub.
TodayPress xəbər verir ki, hər iki klub 2026-cı ilin yayınadək heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.
Hər iki klub futbolçuları ilə bağlı qayda pozuntusuna görə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının qəzəbinə gəlib.
ÇSKA klubu Çidera Ecukenin keçidinə görə Niderland təmsilçisi "Herenven"ə borcları olduğu üçün cəzalandırılıb. Moskva təmsilçisi tələb olunan məbləğin İngiltərənin “Vest Hem” klubu tərəfindən ödəniləcəyini gözləyib. “Çəkicdöyənlər” Nikola Vlaşiçin transferinə görə ÇSKA klubuna 20 milyon avro borcludur.
Qərar ÇSKA üçün bu il noyabrın 14-də, “Ximki” üçün isə bir gün sonra qüvvəyə minib.
Namiq HUN
tag: Klub ,Qərar, Futbol, Heyət ,todaypress.az,