FIFA Marko Kurtonu sərt cəzalandırdı

İdman

08.10.2024 15:10

Müqavilə ilə İtaliyanın “Komo” klubuna məxsus olan, amma icarə əsasında B Seriyası təmsilçisi “Çezena”da çıxış edən Marko Kurto 10 oyun cəzalanıb.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçinin rəqibini Ceki Çana bənzətməsi futbolçu üçün sərt cəza ilə nəticələnib. 

Hadisə İspaniyanın Marbella şəhərində təlim-məşq toplanışı zamanı baş verib. 

26 yaşlı futbolçu “Komo”nun heyətində yoldaşlıq görüşü zamanı İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Hi Çan Kvana honkonqlu kino ulduzu “Ceki Çan” deyə müraciət edib. 

FIFA futbolçunun davranışını irqçilik kimi qiymətləndirib.

Marko Kurto cəzasının yarısını bu mövsüm, digər hissəsini isə şərti olaraq iki il müddətinə çəkəcək.

Namiq HUN

tag: FIFA ,İspaniya, Hadisə, Komo,Hi Çan Kvana ,todaypress.az,