FIFA klubların transfer hesabatını açıqladı

İdman

03.09.2024 17:11

FIFA-nın yay transfer pəncərəsinin nəticələrinə dair hesabatında futbol klublarımızın transferlərə ümumilikdə 4,33 milyon dollar vəsait xərclədiyi bildirilib. 

TodayPress xəbər verir ki, Azərbaycan bu göstəricidə dünyada 38-cidir.

FIFA 2024-cü ilin yayında Azərbaycan klublarının 70 gələn və 41 gedən transferini qeydə alıb.

Yay transfer pəncərəsinin lideri İngiltərə olub. Ölkə klubları transferlərə 1,69 milyard dollar vəsait xərcləyiblər.

Siyahıda İtaliya (825 milyon dollar) ikinci, Fransa isə (697 milyon dollar) üçüncüdür. 

Namiq HUN

tag: FIFA, Azərbaycan, Klublar,Reytinq ,İtaliya ,Fransa ,todaypress.az,