FIFA irqçiliklə mübarizəni gücləndirdi
FIFA irqçiliklə bağlı İntizam Kodeksinə dəyişiklikləri təsdiqləyib.
TodayPress qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tribunalarda irqçilik halları zamanı hakimlər üçün üç mərhələli alqoritm təyin olunub.
Ədalət təmsilçiləri oyunu vaxtından əvvəl dayandırmaq və bitirmək hüququna sahib olacaqlar.
Həmçinin, futbolçular tribunalarda qaydanı pozanların müəyyən edilməsində hakimə köməklik göstərə biləcəklər ki, arena işçiləri onları stadiondan çıxara bilsinlər.
İrqçi təhqirlərə görə maksimum cərimələr 6 milyon avroya yüksəldilib.
Namiq HUN
tag: FİFA,İrqçilik,İdman,Futbol,todaypress.az,