FIFA futbola VAR-a alnernativ texnologiya gətirir
İdman
13.11.2024 14:10
FIFA futbola dair yeni texnologiya üzərində işləyir.
TodayPress ESPN-ə istinadən xəbər verir ki, Futbol Video Dəstəyi (FVS) adlanan bu sistem VAR-a alternetiv hesab olunur.
FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina yerli federasiyalarla müzakirə aparıldığını və müsbət cavab alındığını bildirib.
Məsələ ilə əlaqədar ilkin hesabat hazırlanaraq müzakirə edilməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) təqdim ediləcək.
Futbol Video Dəstəyi (FVS) VAR-ın olmadığı, çəkilişlərin 4 kamera ilə aparıldığı liqalarda tətbiq ediləcək.
Rəsmi video köməkçi hakimin nəzarət etdiyi ənənəvi VAR-dan fərqli olaraq, FVS yalnız məşqçilərə səhv hesab etdikləri epizodlara görə həmin texnologiyaya 2 dəfə müraciət etmək imkanı verir.
Bu halda hakim epizodu meydança yaxınlığında quraşdırılan xüsusi monitorda müstəqil şəkildə izləyir. Səhv barədə əvvəlcədən xəbərdarlıq etmədən ilkin qiymətləndirmənin düzgün olub-olmadığına yalnız hakim özü qərar verir.
Bu sistem artıq qadınlar arasında U-20 və U-17 dünya çempionatları zamanı istifadə olunub. FIFA sistemi digər yarışlarda da sınaqdan keçirməyi planlaşdırır.
Namiq HUN
tag: FIFA, VAR,Texnologiya, Liqa, todaypress.az,