FİFA “Barselona”ya təzminat ödəyəcək

İdman

20.11.2024 17:00

2461

“Barselona” klubu Ronald Arauxonun Uruqvay millisində aldığı zədəyə görə təzminat alacaq.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, FİFA uruqvaylı futbolçunun zədəli duriuma düşməsi səbəbindən Kataloniya klubuna 3 milyon avro məbləğində təzminat ödəyəcək.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi iyulda, Amerika kubokunun 1/4 finalında Braziliya millisi ilə matçda zədələnmişdi. O, həmin vaxtdan meydanda görünmür. Arauxo indiyə qədər “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında oynamayıb.

Ronald Arauxonun yenidən meydana qayıtması dekabr ayına planlaşdırılıb. O, 2018-ci ildən “Barselona”nın formasını geyinir. 

Namiq HUN

tag: Barselona,Ronald Arauxon,Uruqvay ,FİFA ,Təzminat,todaypress.az,