FIFA AFA-ya iş açdı
FIFA DÇ-2026-nın seçmə mərhələsinin XIV turu çərçivəsində keçirilən Braziliya ilə oyunda (4:1) azarkeşlərin davranışlarına görə Argentina Futbol Assosiasiyasına (AFA) qarşı iş açıb.
TodayPress xəbər verir ki, argentinalı fanatlar rəqiblərinə ünvanlanan təhqiramiz və ədəbsiz şüarlardan istifadə ediblər.
Baş verənlərə görə iyunda Argentina millisinin Kolumbiya ilə ev oyunu tamaşaçısız keçirilə bilər.
Argentina millisi aprelin 17-dək apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, argentinalı mütəxəssis Lionel Skaloninin rəhbərlik etdiyi yığma Cənubi Amerika zonasından dünya çempionatına vəsiqə qazanan ilk komandadır.
Namiq HUN
tag: FİFA,AFA,Məhkəmə,İş,Todaypress.az,