FIDE şahmatçıların yeni reytinqini açıqladı
İdman
01.10.2024 13:00
Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq siyahısını tərtib edib.
TodayPress xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2733) bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.
Sıralamada 31-ci olan Teymur Rəcəbovun (2700) mövqeyində dəyişiklik olmayıb.
Rauf Məmmədov (2643) isə 10 pillə irəliləyərək 90-cı yerə yüksəlib.
Aydın Süleymanlı (2637) ilk dəfə dünyanın 100 yaxşı qrossmeysterləri arasına düşüb.
Kişi şahmatçıların FIDE reytinqinə norveçli Maqnus Karlsen (2831) başçılıq edir.
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2426) 34-cüdür.
8 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 45-ci yerdədir.
1 pillə yüksələn Ülviyyə Fətəliyeva (2383) isə 67-cidir.
Xanım Balacayeva (2362) 83-cü pillədə yer alıb.
Qadın şahmatçıların FIDE reytinqinə çinli Yifan Hou (2633) başçılıq edir.
Namiq HUN