FIDE şahmatçıların reytinqini açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) zəka sahiblərinin mart ayı üçün rapid və blitsdə reytinqlərini açıqlayıb.
TodayPress xəbər verir ki, sürətli şahmatda Azərbaycan qrossmeysterləri arasında ən yüksək nəticə Şəhriyar Məmmədyarova məxsusdur.
O, 2701 xalla rapiddə dünyanın 20-ci şahmatçısıdır. Teymur Rəcəbov (2668) 34-cü, Eltac Səfərli isə (2616) 95-ci yerdədirlər.
Norveç qrossmeysteri Maqnus Karlsen (2819) rapiddə dünya reytinqinin lideridir.
Azərbaycan şahmatçıları arasında blitsdə də ən yaxşı göstərici Şəhriyar Məmmədyarovun aktivindədir. O, 2680 xalla dünyanın 35-ci şahmatçısıdır. Bu növdə ilk yüzlükdə daha üç şahmatçımız var.
Rəcəbov (2663) 41-ci, Rauf Məmmədov (2637) 64-cü, Eltac Səfərli isə (2627) 77-ci mövqedədirlər. Maqnus Karlsen (2883) blits üzrə də dünya reytinqinin lideridir.
Namiq HUN
tag: FİDE,Şəhriyar Məmmədyarov,Reytinq,Şahmat,Todaypress.az,