FIDE Riusiya və Belarusla bağlı qərarını dəyişmədi

İdman

23.09.2024 09:52

FIDE Rusiya və Belarus şahmatçılarını beynəlxalq turnirlərə qaytarmaqdan imtina edib.

TodayPress xəbər verir ki, bununla belə qurum 12 yaşadək uşaqların və sağlamlıq imkanları məhdud idmançıların komanda yarışlarına buraxılması məsələsinə baxacaq.

FIDE-nin ali orqanı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar sanksiyaların qüvvədə qalmasına səs verib. 

Rusiya və Belarus milli komandalarına, rəsmi şəxslərə, habelə beynəlxalq yarışlarda rəsmi bayraq və himndən istifadəyə qarşı tətbiq edilən qadağa davam edəcək. 

Baş Assambleyanın Budapeştdə keçirilən iclasında nümayəndə heyətlərinin əksəriyyəti Rusiya və Belarus uşaq şahmatçılarına və həssas qruplara qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyü ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə məsləhətləşmələr təklifini dəstəkləyib.

Azərbaycan daxil olmaqla, FIDE-yə üzv olan 66 ölkə uşaqlara və həssas qruplara qoyulan məhdudiyyətlərin sonradan götürülməsi mümkünlüyü ilə sanksiyaların qüvvədə qalması qərarının lehinə səs verib. 

Namiq HUN

tag: Rusiya, Belarus ,Budapeşt, FIDE, Azərbaycan ,todaypress.az,