FIDE bütün zamanların ən yaxşı şahmatçılarını açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macar Yudit Polqarı bütün zamanların ən yaxşı şahmatçıları kimi tanıyıb.
TodayPress xəbər verir ki, hər iki qrossmeyster Budapeştdə FIDE-nin yüzilliyinə həsr olunan qala gecədə mükafatlandırılıb.
2014-cü ildə karyerasını bitirən Yudit Polqar 1989-2015-ci illərdə FIDE-nin qadınlar arasında reytinq cədvəlinə başçılıq edib. O, Macarıstanın qadınlardan ibarət millisinin heyətində Şahmat Olimpiadasında qızıl, kişilərdən ibarət komandanın tərkibində isə iki dəfə gümüş medal qazanıb.
Maqnus Karlsen 2013-cü ildən 2023-cü ilə qədər dünya çempionu olub. O, titulu dörd dəfə uğurla müdafiə edib. Karlsen 2023-cü ildə könüllü olaraq titulun beşinci müdafiəsindən imtina edib.
Namiq HUN
tag: FIDE, Budapeşt ,Yudit Polqar, Şahmat, Karlsen, Reytinq ,todaypress.az,