FIA “qeyri-qanuni davranışa” görə pilotları cəzalandıracaq
İdman
24.01.2025 13:50
"Formula 1" pilotları yeni mövsümdən etibarən nalayiq ifadələr işlətdiklərinə, həmçinin Beynəlxalq Avtomobil Federasiyasını (FIA) tənqid etdiklərinə görə cərimə və diskvalifikasiya oluna bilərlər.
TodayPress xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
“Qeyri-qanuni davranış” halında iki il ərzində pilotlar üçün birinci pozuntu 40 min avro cərimə ilə nəticələnəcək.
İkinci pozuntu 80 min avro cərimə və 1 aylıq şərti diskvalifikasiyadan ibarət olacaq.
Üçüncü pozuntu isə 120 min avro cərimə, 1 aylıq yarışlardan kənarlaşdırma və çempionatda xalların ləğvi ilə nəticələnəcək.
Qeyd edək ki, “Formula 1” üzrə dünya çempionatının yeni mövsümünün ilk mərhələsi martda Avstraliyada keçiriləcək.
Namiq HUN
tag: Formula 1,FIA,ESPN ,Avstraliya,todaypress.az,