FHN-in cüdoçuları Avropada 2 qızıl medal qazandılar

İdman

17.09.2024 15:46

Fövqəladə Hallar Nazirliyinin cüdo komandasının üzvləri Avropa çempionatında uğur qazanıblar.

TodayPress FHN-ə istinadən xəbər verir ki, Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gənclər arasında Avropa çempionatı keçirilib. 

FHN-in cüdo komandasının üzvləri Vüsal Qələndərzadə (73 kq) və 81 kq çəki dərəcəsində Süleyman Şükürov (81) şəxsi və komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medallarına sahibi olublar.

Qeyd edək ki, Vüsal Qələndərzadə 2023-cü il dünya çempionatının qalibi, Süleyman Şükürov isə bürünc mükafatçısıdır.

Namiq HUN

tag: Cüdo ,Avropa,Fövqəladə Hallar Nazirliyi, Estoniya, Süleyman Şükürov ,todaypress.az,