FFF-dən müddətsiz müqavilə təklifi

İdman

18.02.2025 11:43

2091

Fransa Futbol Federasiyası Zinəddin Zidanla danışıqlara başladı.

TodayPress “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçi postuna əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacaq. 

Bildirilir ki, o, istədiyi qədər millinin sükanı arxasında qala biləcək. 

Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid” klubuna rəhbərlik edib. O, məşqçi kimi “kral klubu” ilə 3 dəfə Çempionlar Liqası, 2 dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Qeyd edək ki, baş məşqçi Didye Deşam DÇ-2026-dan sonra Fransa millisindən ayrılacağını təsdiqləyib.

Namiq HUN

tag: İdman,Fransa,Futbol,Zİnəddin Zidan,todaypress.az,