Fətullayev Tartuda üçüncü oldu
İdman
27.01.2025 17:35
Azərbaycan qılıncoynadanı Vahab Fətullayev Estoniyada keçirilən beynəlxalq “Baltic Cup” turnirində bürünc medal qazanıb.
TodayPress xəbər verir ki, Fətullayev 20 yaşadək şpaqaçıların Tartu turnirinin 1/16 final mərhələsində latviyalı Aleksejs Malinovskisi 15:12 hesabı ilə məğlub edib.
Vahab 1/8 finalda da Latviyadan olan şpaqaçı ilə qarşılaşıb. Milli üzvü Nikita Aniskoya qalib gəlib 15:6. Təmsilçimiz yarımfinala aparan yolda eston Nikita Doronindən üstün olub 15:14.
“Baltic Cup”ın bürünc medalını təmin edən Vahab Fətullayev finalın bir addımlığında estoniyalı Marek Puhma 13:15 hesabı ilə uduzub.
Namiq HUN
tag: Azərbaycan ,Vahab Fətullayev,Estoniya,Baltic Cup,todaypress.az,