Ferstappen turun qalibi oldu
İdman
19.10.2024 11:30
"Red Bull"un sürücüsü Maks Ferstappen "Formula 1" ABŞ Qran-prisində sprint yarışında sıralama turunun qalibi olub.
TodayPress xəbər verir ki, yarış həftəsonu Texas ştatının Ostin şəhərində keçirilir.
Sıralama turunda "Mercedes"in pilotu Corc Rassel ikinci, "Ferrari" pilotu Şarl Lekler üçüncü nəticəni göstərib.
Ferstappen son saniyələrdə 1:32,833 göstərici ilə vaxt cədvəlində birinci olub.
tag: Red Bull, Maks Ferstappen, Formula 1, ABŞ, Qran-Pri, todaypress.az,