Ferstappen sıralama turunu qazandı
“Formula-1” üzrə dünya çempionatının Yaponiya Qran-prisində sıralama turunun qalibi məlum olub.
TodayPress xəbər verir ki, yürüşdə ən yaxşı nəticəni “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen göstərib.
İlk üçlüyü “Maklaren” komandasından Lando Norris və Oskar Piastri təşkil edib.
Qeyd edək ki, Yaponiya Qran-prisində əsas yarış aprelin 6-da keçiriləcək.
Namiq HUN
tag: Maks Ferstappen,Formula-1,Yarış,Uğur,Todaypress.az,