"Ferrari" pilotu ABŞ Qran-prisinin qalibi oldu

İdman

21.10.2024 09:09

Formula-1 üzrə dünya çempionatında ABŞ Qran-prisi keçirilib.

TodayPress xəbər verir ki, Ostin trasında baş tutan yarışın qalibi Şarl Lekler olub.

"Ferrari" pilotu Qran-pri yarışında komanda yoldaşı Karlos Sayns və “Red Bull” pilotu Maks Ferstappeni qabaqlayıb. 

Qeyd edək ki, mövsümün sayca 19-cu mərhələsi olan ABŞ Qran-prisindən sonra Maks Ferstappen 354 xalla liderliyini davam etdirir. “Maklaren” pilotu Landa Norris 297 xalla ikincidir. Ilk üçlüyü isə 276 xalla Şarl Lekler tamamlayır. 

Namiq HUN

tag: Formula 1, ABŞ,Şarl Lekler, Ostin, Ferrari, todaypress.az,