Ferqyuson Premyer Liqanın ən yaxşı baş məşqçisidir

İdman

08.10.2024 13:10

“Goal” potalı XXI əsrdə İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçilərinin reytinqini tərtib edib.

TodayPress xəbər verir ki, siyahıya Aleks Ferqyuson (“Mançester Yunayted”) başçılıq edir.

İlk üçlüyü “Mançester Siti”in baş məşqçisi Xosep Qvardiola və “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger təşkil edir.

Portalın açıqladığı sıralamada Joze Mourinyo, Yurgen Klopp, Karlo Ançelotti, Roberto Mançini, Antonio Konte, Manuel Pelleqrini, Klaudio Ranyeri, Rafael Benites, Mauritsio Poçettino, Mikel Arteta, Devid Moyes və Jerar Ulye də yer alıb.

Namiq HUN

tag: Goal Portalı, Mançester Siti ,Xosep Qvardiola, Arsenal ,Aleks Ferqyuson ,todaypress.az,