Fernandu Santuşun futbol tarixindəki yeri

İdman

19.08.2024 13:12

Futbol tarixinin ən yaxşı milli məşqçilərinin siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, “FourFourTwo”nun tərtib etdiyi reytinqdə 32 mütəxəssis yer alıb.

Siyahıya 1964-78-ci illərdə AFR yığmasını çalışdıran Helmut Şön başçılıq edir. Almaniyalı mütəxəssis komandası ilə 1972-cü ildə Avropa, 1974-cü ildə isə  dünya çempionatının qalibi olub. Bundestim baş məşqçinin rəhbərliyi altında mötəbər yarışların  gümüş və bürünc mükafatını da qazanıb.

İlk üçlüyü italiyalı Vittorio Pottso ilə ispaniyalı Visente del Boske təşkil edir. 

“Top-5”də braziliyalı Mario Zaqalo və fransalı Didye Deşam da yer alıb. 

Qeyd edək ki, Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuş 28-ci pillədə qərarlaşıb. Portuqaliyalı mütəxəssis ölkəsinin millisi ilə 2016-cı il Avropa çempionatının qalibi olub.

Namiq HUN

tag: Fernandu Santuş,Mario Zaqalo,Didye Deşam, Futbol,Baş məşqçi,