Fernandu Santuş: “Yığmanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır”

İdman

13.03.2025 12:10

2362

Futbol üzrə Azərbaycan millisinin Haiti və Belarusa qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti bəlli olub.   

TodayPress xəbər verir ki, komandanın baş məşqçisi Fernandu Santuş I Liqada çıxış edən "Qəbələ"nin üzvü Şahin Şahniyarovun yığmaya çağırılmasına münasibət bildirırkən özünü yaxşı tərəfdən göstərən futbolçuların milliyə dəvət alacaqlarını vurğulayıb: 

"Tez-tez aşağı liqanın oyunlarına gedirik. Bir neçə futbolçu diqqətimizi cəlb edib. Onda çoxlu keyfiyyət gördüm. U-17 Liqasını və əvəzedicilərin çempionatını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq, yığmanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar". 

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də isə Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.   

Namiq HUN

tag: Fernandu Santuş,Baş Məşqçi,Futbol,Milli Komanda,Todaypress.az,