Fernandu Santuş: “Yığma olaraq uduzmaq istəmirik”

İdman

21.03.2025 16:45

1801

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransına çıxıb.

TodayPress xəbər verir ki, mütəxəssis matçın çətin keçəcəyini söyləsə də, Haiti millisinə qalib gəlmək istədiklərini deyib:

“Meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Keyfiyyətli futbolçulardan təşkil olunmuş yığmaya qarşı oynayacağıq. Rəqibin son 5-6 oyunlarını izləmişik və analiz etmişik. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Bu görüş bizə hər hansısa xal qazandırmasa da, yığma olaraq uduzmaq istəmirik”.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti matçı saat 21:45-də başlayacaq.

Namiq HUN

tag: Azərbaycan ,Milli,Fernandu Santuş,Haiti ,todaypress.az,