Fernandu Santuş: “O, gələcəyini təmin etmək istəyirdi”

İdman

09.01.2025 11:26

Portuqaliyalı mütəxəssis Fernandu Santuş futbolçu Kriştiano Ronaldonun “Əl-Nəsr” klubuna keçidini inanılmaz bir qərar adlandırıb. 

TodayPress xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ronaldonun Səudiyyə Ərəbistanındakı çıxışı barədə danışıb: 

“Əl-Nəsr” Avropa klublarından heç nə ilə fərqlənmir. Səudiyyə Ərəbistanı futbolunda atmosfer möhtəşəmdir. Kriştiano dünya səviyyəli oyunçudur. O, gələcəyini təmin etmək istəyirdi”.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından Asiya təmsilçisinin formasını geyinir.

Namiq HUN

tag: Avropa ,Santuş ,Futbol, Təmin, todaypress.az,