Fernandu Santuş: “Hər oyuna qələbə üçün çıxırıq”

İdman

08.11.2024 14:00

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlar öncəsi jurnalistlərlə görüşüb. 

TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis millinin qarşıdakı oyunlara qələbə üçün çıxacağını deyib:

"Hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma yeni layihənin başlanğıcındayıq. Gələcəkdə yaxşı olacağına ümid edirəm".

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.

Namiq HUN

tag: Azərbaycan, Fernandu Santuş, UEFA, Estoniya, İsveç, todaypress.az,