Fernandu Santuş: “AFFA-ya inanıram!”

İdman

13.06.2024 12:40

Portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçisi olmağa razılıq verməsinin səbəbi məlum olub. 

TodayPress xəbər verir ki, daha cəlbedici təkliflər aldığını gizlətməyən 70 yaşlı çalışdırıcı AFFA-nın dəvətinə üstünlük verməsinə aydınlıq gətirib. 

“AFFA-nın təqdim etdiyi layihə uzun müddətli zaman üçün nəzərdə tutulub. Birgə əl-ələ verib, uğura imza atacağıq. Klublarla birlikdə işləmək bizim üçün önəmlidir. İnanıram ki, bu, hansısa yarışların final mərhələsində reallaşacaq. Bir daha AFFA rəhbərliyinə mənə güvəndiyi üçün təşəkkür edirəm. Daha yaxşı təkliflər var idi, amma AFFA-ya inandığım üçün burdayam” Fernandu Santuş deyib. 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis Avro-2028-in seçmə mərhələsinin sonuna qədər yığmamıza rəhbərlik edəcək.

Namiq HUN

tag: Fernandu Santuş, AFFA, Klub, Azərbaycan, Milli, todaypress.az,